BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda təhsillə bağlı YENİ RÜSUM

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilir.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunacaq.

 

Qanuna təklif edilən dəyişikliyə əsasən, sənədin 14.83-cü bəndində “ümumtəhsi” sözü “peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir.

 

Dəyişikliklə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

 

1.On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

 

1 illik – 60 manat;

 

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) – 120 manat;

 

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda :

 

1 illik – 40 manat;

 

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) – 80 manat;Report

Tarix: 19 Mart 2020, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin