Milli Məclisin deputatları Qarabağın tam azad edilməsi üçün hansısa əhd edib-etmədikləri ilə bağlı sorğuda iştirak ediblər.
Deputatların Pravda.az-a verdikləri cavabları təqdim edirik.

Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, doğma Xocalının düşməndən azad olunacağı günü böyük səbirsizliklə gözləyir: “O günü bütün xocalı sakinləri gözləyir, o cümlədən mən. Əlbəttə, Azərbaycanın hər qarışı bizim üçün Vətəndir, əzizdir, müqəddəsdir. Amma hər kəsin doğulduğu, böyüyüb boya-başa çatdığı yer onun üçün daha əzizdir. Hesab edirəm, hər bir insan üçün Vətən onun anadan olduğu yerdən başlayır. Çox az ərazilərimizdə düşmənlər, işğalçılar qalıb. Arzu edirik ki, onlar da torpaqlarımızdan təmizlənsin. Hər birimiz doğma yurd-yuvamıza qayıdaq. İnsan üçün bundan böyük, ali arzu ola bilməz. Hərənin ürəyindən bir şey keçir, hamı dilinə bir şey gətirir, əhd edir. Həqiqət isə ora gedəndə məlum olacaq. Kim nə edəcək, nə edə bilər. Kimin imkanında nə varsa, onun ən yüksəyini edəcək. Torpaqlarımızın 90%-dən çoxu işğaldan azad olunub. Həmin ərazilərə yerli sakinlər gedirlər. Kəlbəcərlilər, laçınlılar, ağdamlılar, şuşalılar, qubadlılar, zəngilanlılar… Baxıb izləyirik. Bəzən orada onlarla birgə oluruq, bəzən televiziya ekranlarından onların keçirdikləri hisləri izləyirik. Allahın izni ilə qismət olsun, biz də doğma yurd-yuvamıza qayıdaq. Nə hislər keçirəcəyik, nələr edəcəyik, həmin an məlum olacaq”.

Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, ən böyük əhdi Qarabağın alınmasıdır: “Qarabağda can qoyan şəhidlərimizin ailələrinə, qazilərimizə dəstək olmalıyıq. Arzumuz odur ki, Qarabağ torpaqlarında daim bayrağımız dalğalansın. Şəhidlərimizin ruhu həmişə o torpaqlarda yada salınsın. Bununla yanaşı, 1 milyon keçmiş qaçqın-köçkünümüz var. Arzumuz odur ki, onlar öz torpaqlarına yerləşdirilsin. Yenə öz yurdlarında bir yerdə yaşasınlar, orada törəyib artsınlar. Bunların hamısı arzudur. Bizə qismət olsun, gedib o yerləri gəzək. Şuşada, Ağdamda olmuşam. Qalan hissələrində də, Kəlbəcər, Laçın kimi gözəl yerlərimizdə də olmağı arzu edirəm. Nəvələrimlə bir yerdə o torpaqlarda olaq, onlara 30 ildə çəkdiyimiz cəfanı, arzularımızın həyata keçirilməsində ulu öndər Heydər Əliyevin, Ali Baş Komandanımızın gördüyü işlərdən danışaq. Bu arzularımıza çatsaq, böyük məsələdir. Gələcək nəslimizə bunların hamısını başa salmaq və daim torpaqlarımızın bizdə olmasını arzu etmək lazımdır. Qurban kəsmək, bəzi şeyləri etmək insanlıq borcumuzdur. Hər birimiz bəzi məsələlərə dəstək olmalıyıq. Allahdan istəyəndə gərək çox istəyəsən, istəyin böyük olsun”.

Milli Məclisin deputatı Tahir Rzayev isə belə deyib: “Əhd etmək, hansısa nəzir qoymaq həm Allaha, həm də insanlara inamdan irəli gəlir. Bu, insanda müəyyən qaydada həyata, yaşamağa ümidlər qazandırır. Bizim ən böyük əhdimiz, inamımız Qarabağ torpaqlarının düşməndən azad olunmasıdır. Bu, nəzir vermək, qoyun kəsməklə, dua oxumaqla mümkün olan məsələ deyil. Bu, yürüdülən siyasətlə, həyata keçirilən tədbirlərlə əlaqədardır. Sağlığında Ulu öndərimiz dəfələrlə söylədi, ümidli olduğunu bildirdi ki, torpaqlarımız alınacaq. Bunu cənab Prezidentimiz, Ali Baş Komandan həyata keçirdi. Əlbəttə ki, əhd etməli, ümid bəsləməliyik. Nəinki Qurban kəsmək, nəzir vermək, yeri gəlsə, Qarabağ torpaqlarının azadlığı uğrunda hər birimiz vətəndaş kimi öz canımızı qoymağa hazır olmalıyıq”.

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, Qarabağın tam azad edilməsi üçün əhd etmək lazım deyil: “Bunun üçün hamı Prezident İlham Əliyevin yanında birləşərək çox çalışmalıdır. Əslində Qarabağı 44 günlük Vətən Müharibəsində azad etmişik. Dünya birliyinə daxil ölkələrdən də ərazi bütövlüyümüzü bərpa etməyimizlə bağlı təbriklər almışıq. Digər texniki məsələlərdir ki, bu da zaman-zaman həll olunur. Məsələn, Laçın dəhlizi ləğv olundu. İndi sərhədlərin delimitasiyası, demarkasiyası və sülh müqaviləsinin bağlanması prosesi üzərində iş gedir. Hesab edirəm ki, yekun sülh müqaviləsinin bağlanması ilə bu gün bizi narahat edən bütün məsələlərə nöqtə qoyulacaq. Arzum isə Xankəndində Milli Məclisin iclasının keçirilməsinə və bu iclasda iştirak etmək şərəfinə nail olmaqdır”.

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi: “Xankəndi də daxil olmaqla bir neçə yaşayış mənətəqələrimizdə də yaxın günlərdə Azərbaycan bayrağı dalğalanacaq. Sadəcə olaraq, ölkə başçımız Qarabağda yaşayan erməni əsilli insanlara öz seçimlərini etməyə imkan yaratmışdı. Bildiyiniz kimi, Laçın şəhəri və ətraf kəndlər tam Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Yaxın vaxtlardaazəraycanlılar bu ərazilərə köçürüləcəklər. Digər ərazilərimizdə də Azərbaycan bayrağının dalğalanacağı gün bütün xalqımızla bərabər mən də ümumxalq bayramına qoşulacağam. Sonuncu məntəqəmizdə də bayrağımızın dalğalandığı an ağlıma gələn ən dəyərli bir işi görüməyi planlaşdırıram”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin