BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident koronavirusla bağlı sərt cəzanı nəzərdə tutan qanunu imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiq edib.

 

Pravda.az-ın xəbərinə görə, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

 

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Tarix: 19 Mart 2020, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin