BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.

 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Pravda.az-a açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə müvafiq işlərin aparılması nəzərdə tutulub: “Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!"

 

Aytəkin Qardaşova

Tarix: 7 Sentyabr 2022, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin