BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə verildi

"Bakısığorta" ASC Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə ASC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Bakısığorta" mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 7 Sentyabr 2022, 22:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin