BURADA REKLAMINIZ OLA
BİLƏR

Mindən çox rayon qeydiyyatlı avtomobil geri qaytarıldı - VİDEO

Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində post qurulub. Burada avtomobillər bir-bir saxlanılır, sürücü və sərnişinlərin sənədləri yoxlanılır.

 

Pravda.az-ın xəbərinə görə, Nazirlər Kobineti yanında Operativ Qərərgahın qərarına əsasən, ötən gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş hissələrdə postlar qurulub. Postlar Bakı-Ələt yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 26-ci kilometrliyindədir. Postda saxlanan rayon qeydiyyatlı avtomobillərin sürücüləri məsələdən xəbərsiz olduqlarını deyirlər.

 

Qeyd edək ki, bəzi şəhər qeydiyyatlı avtomobillərdəki sərnişinlərin də qeydiyyat yeri ciddi şəkildə yoxlanılır. Qeydiyyatı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olmayan sərnişinlər avtomobildən düşürülür. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, mindən çox avtomobil geri qaytarılıb. Qadağalara əməl etməyən sürücülər inzibati qaydada cərimə olunacaqlar.

 

Tarix: 19 Mart 2020, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin