BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Aşırlı: “Kim özünə yaxın olan deputatı ictimaiyyət nümayəndəsi kimi Mətbuat Şurasında görmək istəyirsə, görsün”

“Azərbaycan jurnalistlərinin növbəti qurultayından hamı kimi mən də vacib qərarların qəbulunu gözləyirəm. Bu gün jurnalist obrazı Azərbaycan cəmiyyətində xeyli dərəcədə zədələnmiş bir obrazdır. Bu obrazı özünə qaytarmaq üçün gərəkli addımlar atılmalı, Azərbaycan jurnalistlərinə inam artırılmalıdır. Namizdəliyimə gəlincə, Mətbuat Şurasının İdarə Heyətində iki dəfədir təmsil olunuram. Bu dəfə də İdarə Heyətinin üzvlüyünə namizədliyimi verəcəyəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

 

A.Aşırlı bildirib ki, yaxşı olar, zaman-zaman Azərbaycan mətbuatının, müstəqil mətbuatın inkişafına töhvələrini vermiş qüvvələr də Mətbuat Şurasının İdarə Heyətində iştirak etsinlər: “Çünki Mətbuat Şurası digər jurnalist təşkilatlarından, qurumlarından fərqli olaraq, həmişə demokratik, açıq müzakirələr müstəvisi olub. Bu prosesin daha yaxşı getməsi üçün orada Qulu Məhərrəmlinin, Arif Əliyevin, Elçin Şıxlının, Ələsgər Məmmədlinin də ictimaiyyətin nümayəndəsi kimi təmsil olunması daha məqbul olar”.

 

O, media hüquqları üzrə ekspert  Ələsgər Məmmədlinin deputatların Mətbuat Şurasında təmsil olunmaması təklifinə də münasibət bildirib: “Elə deputatlar var ki, vaxtilə media sahəsində çalışıblar. Onların da ictimaiyyət nümayəndələri kimi Şurada iştirakına hər hansı qadağa qoysaq, bu, bilavasitə düzgün anlaşılmaz, anti-demokratik bir addım olar. Qoy bunu Azərbaycan jurnalsitlərinin öhdəliyinə buraxaq. Özlərinə yaxın olan deputatı ictimaiyyət nümayəndəsi kimi orada görmək istəyirsə, görsün”.

 

A.Aşırlı eyni şəxsin Mətbuat Şurasına iki dəfədən artıq sədr seçilməsinə məhdudiyyət qoyulması təklifinə isə belə cavab verib: “Əlbəttə, istərdik ki, eyni şəxs müəyyən müddət, iki-üç dəfədən artıq sədr seçilməsin”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin