Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Azərbaycanda həyata keçirilən uğurlu siyasət bu maraqların müdafiəsini təmin edir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi dövlətlərdə düzgün siyasət həyata keçirildikdə milli və dövlət maraqları üst-üstə düşür. Bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri dövlətlərlə münasibətlərdə bütün sahələrdə öz milli maraqları üzərindən çıxış etməsidir. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti, təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının qorunmasında vətəndaşların rolu kifayət qədər böyük olmalıdır, bu, çox vacib məqamdır:

“Bəzən cəmiyyətdə yanlış olaraq elə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir. Hesab edirəm, bu, kökündən yanlış yanaşmadır. Bu baxımdan vətəndaşların da üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşların ictimai və dövlət maraqlarının qorunmasındakı rolunu o qədər də yüksək qiymətləndirmirəm. Hesab edirəm, onlar ictimai və dövlət maraqlarının qorunmasında daha aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Bu, çox vacib nüansdır. Dövlət Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması istiqamətində addımlar atır, müəyyən tədbirlər, işlər görülür. Ümumilikdə, dövlətin gördüyü işləri yüksək qiymətləndirirəm. Vətəndaşlar da bu prosesdə fəal iştirak etməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm də bizim təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyır”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə deyib ki, ictimai və dövlət maraqlarının qorunması fərqli insanlar tərəfindən müxtəlif cür təhlil edilə bilər:

“Ümumilikdə, ictimaiyyət və dövlət eyni sərhədlər daxilində yaşayan toplumun qurduğu siyasi institut, onun ətrafında birləşən xalqın fəaliyyətdir. İctimai sabitlik və dövlətin sabitliyi bir-birinə ciddi şəkildə bağlıdır. Sözsüz ki, dövlətin başında dayanan siyasi hakimiyyətin verdiyi qərarlar, apardığı siyasi-iqtisadi siyasət, ictimaiyyətin sabit və ya qeyri-sabit olmasına gətirib çıxarır. Bu kontekstdə, əlbəttə ki, hər bir şəxs, hər bir vətəndaş ictimai və dövlət maraqlarının qorunması məsələlərində mütləq şəkildə toplumun, dövlətin gələcəyini düşünməlidir. “Biz” ifadələri daha əsas götürülməlidir. Qonşu ölkələr kontekstində görürük ki, dövlət və ictimaiyyət arasında çox ciddi çatlar meydana gəlir. Bu da dövlətin parçalanması, xaosla nəticələnir. Xoşbəxtlikdən Azərbaycanda tamamilə fərqli situasiya hökm sürür. Burada biz dövlət və xalq birliyini görürük. İctimai fikirlə bağlı, ictimai ideyalarda dövlətlə bağlı hər bir fərdin və vətəndaşın rasional düşündüyünün şahidi oluruq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin