BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tramadol satan şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində tramadol satmaqda təqsirləndirilən Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, Azər Əliyev ümumi miqdarı 13,5 qram təşkil edən, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 60 ədəd dərman tabletindən ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid preparatını istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz əldə edib üstündə saxlamaqla daşıyıb. Daha sonra bu barədə bir nəfər şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına müraciət edib.

 

Müraciət əsasında İdarə əməkdaşları tərəfindən 03 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxsin paytaxt ərazisindəki ünvanın yaxınlığında təsiredici maddəsinin ümumi miqdarı 9 qram olan, külli miqdarda, 40 ədəd dərman tabletindən tramadolu 160 manat pul müqabilində satdıqdan sonra saxlanılıb. O, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Azər Əliyevin üzərinə şəxsi axtarış edilib. Onun üzərindən təsiredici maddəsinin ümumi miqdarı 4,5 qram olan 20 ədəd dərman tabletindən ibarət narkotik tramadol preparatı aşkar edilib götürülüb.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2022, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin