BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yeni dəbə düşmüş mentorlar, life-kouçlar, psixoloqlar olduqca boş adamları “Sən bacararsan!” deyib, qaza gətirir...”

“Yeni dəbə düşmüş mentorlar, life-kouçlar, psixoloqlar olduqca boş adamları "Sən möhtəşəmsən! Özünə inan! Səndə alınacaq! Sən bacararsan!  Ürəkli ol!" deyib, qaza gətirir...”

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Murad Arif deyib.

 

“İnsanların içini doldurun öncə... Elm, təhsil, mənəviyyat, tərbiyə və s. dəyərlərdən yoxsul, amma şöhrətli kuklalar, məşhur sifətlər bu ölkədə bir vaqondur. Doğru yol göstərin! Adamlar bir az əziyyət çəksin, çox işləsinlər, çox öyrənsinlər, yetişsinlər, özlərini yaratsınlar,  mahiyyət qazansınlar. Əziz, gənc dostlarım, məqsədiniz özgüvənli, məşhur və varlı olmaqdırsa, bunlar rəqabət stresi, itirmək qorxusu və məyusluq gətirir... Ən doğru məqsəd faydalı, gərəkli və lazımlı ola bilməkdir!” – o əlavə edib.

 

Kənan

Tarix: 12 Sentyabr 2022, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin