BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğuzdan Bakıya gələn şəxs tanımadığı şəxsi bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Sakit Dursunovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Sakit Dursunov 10 aprel 2022-ci il tarixdə yaşadığı Oğuz rayonundan işləmək məqsədilə Bakı şəhərinə gəlib. O, gecələmək üçün yeri olmadığına üçün həmin gün gecə saat 04 radələrində paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısından keçən zaman qeyd edilən binanın giriş qapısını açıb orada gecələmək istəyib. Bu zaman orada tanımadığı zərərçəkmiş şəxs Tale Əliyev ona yaxınlaşaraq nə etməsi ilə bağlı maraqlanıb. Həmin şəxslərin aralarında mübahisə yaranıb.

 

Daha sonra Tale Əliyev təqsirləndirilən Sakit Dursunovun başından boş şüşə butulka ilə vurub. Bu zaman Sakit ov bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Sakit Dursunovun 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (Qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin