BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsib Məhəməliyev: “Azərbaycanın 5 erməni hərbçini geri qaytarması doğru addım idi, çünki...”

“Beş erməni hərbçisinin qaytarılması Azərbaycan dövlətinin, cənab Prezidentin atdığı humanist addımdır. Bu, ümumilikdə, Ermənistanla birdəfəlik münasibətlərə, sülh danışıqlarına açılmış yoldur. Bu addımın Ermənistan tərəfindən necə dəyərləndiriləcəyinə gəlincə, indiyə qədər dəfələrlə belə humanist addımlar atmışıq, amma təəssüf ki, ermənilər dostluq münasibələrini, humanistliyi o qədər də qəbul edən millət deyil. Buna hazır deyillər. Ona görə də yeni nəsə gözləmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat vurğulayıb ki, Ermənistan uzun illər ərzində, müharibədən sonra Azərbaycan ərazisinə keçmiş terrorçuların məsələlərini müxtəlif beynəlxalq müstəvilərdə qaldırır və bundan spekulyasiya elementi kimi istifadə edirlər: “İkitərəfli, çoxtərəfli, Brüsseldə və digər beynəlxalq platformalarda aparılan danışıqlarda erməni əsirlərinin Azərbaycanda qanunsuz saxlanılması məsələsi qaldırılır və müzakirə predmetinə çevrilir. Təbii ki, onlara havadarlıq edən lobbiçi qruplar, təşəkilatlar, qlobal güclər bundan Azərbaycan əleyhinə istifadə edirlər. Ona görə də Azərbaycanın 5 erməni hərbçini geri qaytarması doğru addım idi. Ümumi milli maraqlar tələb etdikdə, təbii ki, belə fövqəl, humanist addımların atılması zəruridir.

 

N.Məhəməliyev Avropa İttifaqının və ABŞ-ın Azərbaycanın bu addımını alqışmasına da münasibət bildirib: “Onlar alqışladılar, təbii ki, yenə də öz siyasətlərini davam etdirirlər. Alqışlamaqla yanaşı, ermənilərdən də adekvat addımlar tələb etməlidirlər. Müharibənin nəticələrinə uyğun olaraq Moskvada, Brüsseldə əldə olunmuş və özlərinin də imza atdıqları üçtərəfli razılaşmaların öhdəliklərini yerinə yetirməyi Ermənistandan tələb etməlidirlər. Alqışlamaq azdır”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Sentyabr 2022, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin