BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülşenin ev dustaqlığı aradan qaldırıldı

Türkiyəli müğənni Gülşen Çolakoğlunun ev dustaqlığı aradan qaldırılıb.

 

Pravda.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

 

Məlumata görə, məhkəmə Gülşenin ölkədən çıxmasına da qadağa qoyub.

 

Qeyd: Oktyabrın 21-də Gülşen məhkəmə qarşısına çıxacaq.

 

Xatırlatma: Konsertlərindən birində Gülşenin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşen özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

 

Kənan

Tarix: 12 Sentyabr 2022, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin