BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda hostel sahibini şantaj edən "reket jurnalist"ə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Aslan Amidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, A.Amidov 27 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində paytaxt ərazisində yerləşən “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyektə gedərək, özbaşına özünü vəzifəli şəxs, yəni hüquq-mühafizə orqanlarının əməkdaşı və “Qaynar Xett” media mərkəzinin müxbiri kimi təqdim edib. O, obyektin hostel hissəsini işlədən şəxsdən orada əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini bildirib.

 

A.Amidov sosial şəbəkələrdə həmin şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək ondan müxtəlif vaxtlarda 4 min manata yaxın pul alıb.

 

Daha sonra obyekt sahibinin şikayəti əsasında Aslan Amidov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 182.2.2-cü (Hədə-qorxu ilə tələb etməvə, təkrar törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 12 Sentyabr 2022, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin