BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “İnanmıram ki, indiki vəziyyətdə Rusiya hansısa gərginliyin yaranmasını istəsin”

“Dəfələrlə demişəm ki, sülh sazişi imzalanmayana qədər belə təxribatlar olacaq. Çünki bizə həm Ermənistanla sülh sazişi bağlamaq, həm də delimitasiya və demarkasiya məsələlərini həyata keçirmək lazımdır. Ermənilər sülh məsələsini uzatdıqca, əlbəttə, bu halda Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir. Ötən gecə Ermənistanın törətdiyi hərbi təxribat da bunun nəticəsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, Azərbaycan tez bir zamanda müvafiq yolla məsələni həll etməlidir: “Sülhün yubadılmasına maraqlı olan tərəf Ermənistan özüdür. İnanmıram ki, indiki vəziyyətdə Rusiya hansısa gərginliyin yaranmasını istəsin. Digər tərəfdən Azərbaycan da rəsmi İrəvanı sülhə məcbur etməlidir, hazırkı proses elə bundan xəbər verir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2022, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin