BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dünya bazarlarında neftin qiyməti Azərbaycan üçün hədsiz səviyyədə əlverişsizdir" - Ekspert

"Hələ ki devalvasiya məsələsi gündəlikdə deyil. Dünya bazarlarında neftin qiyməti Azərbaycan üçün hədsiz səviyyədə əlverişsizdir. Amma valyuta bazarlarında yaxın müddətdə ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

P.Heydərov bildirib ki, neftin dünya bazar qiymətləri uzun müddətli şəkildə bu cür qalmaqda davam edərsə, valyuta bazarlarında müəyyən redaktələrin ən tezi bu ilin sonunda, yaxud növbəti ildə olacağını güman edirəm. Bir şərtlə ki, neftin dünya bazar qiymətləri uzunmüddətli şəkildə belə aşağı həddə qalsın, bu isə inandırıcı deyil. 5-6 il əvvəlki vəziyyətlə müqayisədə, Azərbaycan xarici mənfi amillərin təsirlərinə daha immunitetlidir. Ona görə də bizim hələ ki bu vəziyyətə müqavimət göstərmək gücümüz var".Teleqraf.com

Tarix: 21 Mart 2020, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin