BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dövlətimizin yanında olmalıyıq" - Deputat

“Vətəndaş cəmiyyətinin ən mühüm özəlliyi hər birimizin təhlükə qarşısında birləşib vahid cəbhədən çıxış edə bilməyimizdir”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

 

O bildirib ki, vətəndaş-cəmiyyət-dövlət birliyi milli təhlükəsizliyin təmin olunması prosesinin ən vacib tələbidir: “Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməli, xalqımız naminə dövlətimizin yanında olmalı və dəstəyimizi əsirgəməməliyik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri olaraq biz də COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində əmək haqlarımızın bir hissəsinin cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəlmişik. Güc birlikdədir! Ümummilli problemlərlə mübarizədə bir olmalıyıq! Bunu bacaracağıq!”

Tarix: 21 Mart 2020, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin