BURADA REKLAMINIZ OLA
BİLƏR

"İdeal"ın baş redaktoru azadlığa buraxıldı

“İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə  görə, yaxınları onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyib.

 

Qeyd edək ki, jurnalist 2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunmuşdu. O isə heç bir ittihamı qəbul etmirdi, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi.Azinforum.az

Tarix: 21 Mart 2020, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin