BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Dövlət Sirkində tamaşanı çətirlə izlədi

Bakı Dövlət Sirkinin binasında yağışdan sonra yaranan vəziyyət tamaşaçıları narazı salıb.

 

Pravda.az-ın xəbərinə görə, ötən gün baş tutan şouda tamaşaçılar problemlə üzləşiblər.

 

Valideynlər binanın dam örtüyünün acınacaqlı vəziyyətdə olduğunu görərək yağışdan qorunmaq üçün tamaşaya çətirlə baxıblar.

 

Vəziyyətdən şikayətçi olan Sevinc Hüseynova adlı tamaşaçı “Facebook” səhifəsində paylaşdığı fotoya belə bir şərh yazıb: “30 manat pul verib bilet aldıq və çətirlə izləməli olduq. Nazirlik hara baxır? İstirahətə gəlib niyə əsəbi halda qayıtmalıyıq? Bundan sonra bilet alanda hava şəratini nəzərə alın. Siz də bizim kimi islanmayın, dam örtüyü normal vəziyyətdə deyil”.

 

 

Tarix: 25 Noyabr 2019, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin