“Ermənistan rəsmiləri və qondarma qurumun “rəhbəri” Arayik son 48 saatda özlərinə əl qatıblar, hər yerdə qondarma qurumun de-jure tanınması kampaniyası aparırlar. Ermənistan anlayır ki, özü qondarma qurumu de-jure tanıya bilməz, çünki bu Azərbaycan üçün hüquqi olaraq “casus bəlli”dir, beynəlxalq hüquqa görə müharibə elanına səbəbdir. Ona görə də, Ermənistanın məqsədi qondarma qurumun bir neçə kiçik, bir böyük dövlətin tanınmasına nail olmaqdır”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, əvvəl bu oyunu Rusiya ilə qurmağa çalışdılar, Rusiyanın axmaqcasına Ukraynaya hücumu və düşdüyü durum bu plana mane oldu, Rusiyanı Türkiyədən asılı vəziyyətə saldı, buna görə də Ermənistanın Rusiya vasitəsi ilə Moskvanın Ukraynanın şərqində etdiyi eyni ssenarini təkrar etmək istəyini boşa çıxardı: “Rusiya Ukraynaya hücum edən kimi MDB məkanında bu təcavüzü ən çox dəstəkləyən Ermənistan oldu, hətta Xankəndində “Z” yürüşləri belə keçirdilər. Amma Ukrayna ordusunun dirənişi Ermənistanın planlarını da puça çıxardı, onların valı dəyişməsinə səbəb oldu.
Ermənistana kənardan ciddi təsirləri olan çevrələr (lobbi qrupları) və İrəvanın bəzi siyasi çevrələri indi də Qərb vasitəsi ilə “Artsax”a müstəqillik kampaniyasına start verməyə çalışırlar. Bu da boş xəyaldır. Bu gün Azərbaycanın və Türkiyənin regionda oynadığı və Rusiyanın zəifləməsindən sonra oynayacağı rol Qərb üçün də vazkeçilməzdir. “Zəngəzur Respublikası” adlı yeni siyasi təzyiq vasitəsi məsələsi çıxdı. Bu qurum niyə Bakıda yox, Türkiyədə elan edildi?! Yəni, rəsmi Bakı bu məsələdə yoxdur, söhbətin arxasında Türkiyə var. Yaxşı, niyə məhz indi bu məsələ ortalığa atıldı?! Çünki yuxarıda qeyd etdiyim kimi, Ermənistan və bəzi çevrələr “Artsax”ın tanınması məsələsini aktuallaşdırmağa çalışırlar. Bu addımın tərcüməsi nədir?! Siz qondarma qurumun Azərbaycanın tərkibindən kənarda hansısa statusu ilə bağlı məsələni qabartdıqca, biz də Zəngəzur məsələsini aktuallaşdıracağıq. Demirəm ki, bu işin ciddi siyasi perspektivi var, amma təzyiq vasitələrindən biri kimi əldə tutulmalı məsələ ola bilər. Bunu izah etmək, ciddi müzakirə açmaq əvəzinə hər şeyi mırta çevirməyin kimə və nə xeyri olacaq?! Cəmiyyəti maarifləndirirmi?! Yox. Hökumətin tənqidinə xidmət edirmi?! Yox. Bəs o zaman bütün siyasi diskursu plintusdan da aşağı səviyyəyə çəkməyə çalışan, siyasəti bəsitləşdirməyə çalışan hökumətin əlinə niyə oynayaq ki?!”
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin