BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ərini öldürən qadın yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinim hökmünə əsasən, Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.


Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.


Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Gülnar Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 20 Sentyabr 2022, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin