BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Cəsarət Valehov ictimaiyyəti çaşdırdı, yalan danışdı…”

“Təhsildəki bir neçə ciddi məsələ barədə yazı yazdım. Nazirin tapşırığı ilə  bunların yalnız birinə, əcnəbi tələbələrin təhsili ilə bağlı məsələyə  cavab verməyə çalışdılar. Əvvəllər olduğu kimi dünən  də Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov ictimaiyyəti çaşdırdı. Yalan danışdı. Dedi ki, Əcnəbi tələbələrin qəbulunda ali məktəblər müstəqildir. Əslində ya Nazir, ya da Beynəlxalq əlaqələr şöbəsi bu sualın cavabını verməli idi. Nazir müavinləri isə tam səlahiyyətsiz olduqlarından bu məsələni də Cəsarət Valehovun üstünə yıxdılar, o isə yalan danışmağa məcbur oldu. Bir daha izah edirəm, Azərbaycana təhsil almağa gəlmək istəyən əcnəbi tələbələr Elm və Təhsil Nazirliyinin müvafiq portalından qeydiyyatdan keçməsə, ali məktəblər onları qəbul edə bilməzlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

“Dəhşət burasıdır ki, portal Azərbaycan dilindədir. Həmin portaldan qeydiyyatdan keçməyən tələbəyə viza verilmir. Bunu necə danmaq olar? Jurnalistlər bu barədə Dövlət Miqrasiya Xidmətinə sorğu verə bilərlər... Cəsarət Valehov əcnəbi tələbələrin sayını da yanlış söylədi. Böyük universitetlərə gələn əcnəbi tələbələrin sayı 400 nəfərə çatmır. İkincisi, 2500-dən çox tələbə isə (əsasən İrandan və Türkiyədən) Tibb Universitetinə qəbul olunub. Məqsəd də bəlli… Əslində nazirliyi bu cür məqamları danmaqda məqsədi nədir? Əsas məqsəd portallara xərclənən milyonlarla manat vəsaitin üstünü ört-basdır etməkdir. Müvafiq qurumlar təhsilin informasiyalaşdırılması İdarəsinin bu işlərə sildiyi milyonlarla manat vəsaitin haqq-hesabını çəkilməlidir. İlərdir “elekron məktəblər” deyib car çəkirlər, hələ onu görən bir nəfər də olmayıb. Cəsarətə tapşırıq olsa, bu faktı da danar”.

Tarix: 21 Sentyabr 2022, 14:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin