BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu dəfə Murad Dadaşov şirkəti məhkəməyə verdi

"M Group Production" MMC "Kanq Media Production" MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, "M Group Production" podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Daha əvvəl "M Group Production" MMC "Kanq Media Production" MMC-ni məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürmüşdü. Həmin iddia hakim Aytən Əliyevanın icaatına verilmişdi.

 

Həmçinin "Kanq Media Production" MMC "M Group Production" MMC-ni məhkəməyə vermişdi. "Kanq Media Production" tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürmüşdü.

 

Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüsser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb.

 

Kamal Məmmədov

Tarix: 21 Sentyabr 2022, 14:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin