BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda nazirliyin işdən çıxardığı qazi yenidən işə bərpa edildi

Azərbaycanda nazirliyin işdən çıxardığı qazi yenidən işə bərpa edilib.

 

Bu barədə Pravda.az-a vəkil Əziz Qənbərli məlumat verilib.

 

O bildirib ki, Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun sədrliyi ilə keçirilən prosesdə Qarabağ qazisi Aqil Süleymanovun iddiası təmin edilib:

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin represiyasına baxmayaraq Qarabağ qazisi, müharibənin qızğın dövründə vaxtından əvvəl rütbəsi artırılan, cənab Prezident tərəfindən "Vətənə xidmətə" görə medalı da daxil olmaqla 5 medalla təltif olunan Aqil Süleymanov qardaşımızın işə bərpa tələbinə dair iddiamız Yasamal Rayon Məhkəməsinin hakimi, hörmətli Toğrul Axundov tərəfindən tam təmin edilib. O, Dövlət Sosial Müdafiə Fondunda əvvəl işlədiyi şöbə müdiri vəzifəsinə bərpa edildi”.

 

Kamal Məmmədov

Tarix: 22 Sentyabr 2022, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin