BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Hər şeyi Prezidentin üstünə atmasınlar, bir qulpundan da siz yapışın”

“Ola bilər, ABŞ-da pandemiya bitsin. Amma biz də ölkəmizdəki statistikaya baxmalıyıq. Doğrudan da, yoluxma azalıb. Özləri gözlədirlər. Koronavirsudan ölənlərin sayı çox deyil, xəstəxanalarda xəstə sayı azdır, deməli, yoluxma faizi aşağı enib. Bunun quru yollara nə dəxli var? Başa düşürük ki, təhlükəsizlik məqsədilə edirlər. Bilirəm, bu siyasət nə üçündür. Bu gün Azərbaycanda yüz yerdən yüz adam gəlib təxribat törədə bilər. Millətlə açıq danışmaq lazımdır. Millət başadüşən millətdir. Açıq desinlər ki, ay qardaşlar, qorxuruq, İrandan, Turandan, hardan istəsəniz, ölkəyə gəlirlər. Azərbaycan bu gün artıq yüksəkdədir, ABŞ, Türkiyə və s. ölkələr səviyyəsində güclənib. Buna görə də həm daxildən, həm də xaricdən təxribat ola bilər. Quru sərhədlər buna görə bağlıdır. Millətə deyin ki, güzəştə gedirik, tələbələr, xəstələr xaricə çıxa bilsinlər. Gömrük də rüşvət götürməsə, qanunla işləsə, lap gözəl olar…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

“Quru sərhədlərin bağlı olması məni çox narahat edir. Xüsusən Türkiyədə təhsil alan tələbələr üçün bu vəziyyət çətinlik yaradır. Biletlərin qiyməti tüğyan edir. Qurban olum sizə, Türkiyəyə min manata bilet olar? Təyyarə biletinə 60 manat verib Naxçıvana gedirlər, ordan da avtobusla. Bu uşaqlar yazıq deyillər? Bu məsələni ciddi qaldırmaq lazımdır. Mən və digərlərinin, hamımızın, doğrudan da, imkanımız yoxdur ki, biletə o qədər pul verib Türkiyəyə gedək. Onda bileti ucuzlaşdırın ki, hamı istifadə edə bilsin. Ərəblərin ölkəmizə gəlib-getməyindən pul qazancaqsınızsa, bunun yerli camaata nə xeyri var? Bunu görmürük axı. Həmişə dəqiq sözü demişəm. Hər şeyi Prezidentin üstünə atmasınlar. Bu gün cənab Prezident Qarabağ məsələsinə görə vacib işlərlə məşğuldur, mötəbər görüşlər keçirir. Sizin də insafınız olsun, köməklik edin də. Niyə bu camaatı ayağa qaldırırsınız? Niyə camaata imkan yaratmırsınız? Bunlara da siz köməklik edin. Mənə 61 yaşlı bir xanım müraciət edib, kimsəsizdir, tək yaşayır, xəstədir, təzyiqdən əziyyət çəkir, pensiya vermirlər. Belə insanlara heç olmasa bir şərait yaradın. Deyir ki, təzyiqdən işləyə bilmirəm, yıxılıram yerə. Ay milyonerlər, ay o pulları qazananlar, kasıblara, kimsəsizlərə bir ümid yeri açın, ayda heç olmasa 100-200 manat “çörəkpulu” verin. Bunu etmək olmaz? Əlbəttə, olar. Azərbaycanın içində özümüz özümüzü qorumalıyıq. Bizim özümüzdən başqa dostumuz yoxdur. Bunu hamı bilsin! Bu milləti bir az sevin də! Dövləti hamımız sevirik, bilirik ki, dövlət torpaqlarımızın alınmasında nə qədər əzab-əziyyət çəkir. Prezident bunu edirsə, siz də o biri qulpundan yapışın, digər işləri görün! Bu millətə gün verin ki, millət də nəsə edə bilsin. Dövləti hamımız bir yerdə qorumalıyıq. Hamı əlindən gələni etməlidir ki, dövlət sağ-salamat qalsın” - N.Cəfəroğlu bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2022, 12:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin