BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Uçot dərəcəsi artdı: Manatı nə gözləyir?

“ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb. Bununla da uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb. Bu artım dünyada dolların bahalaşmasına gətirib çıxaracaq. Digər valyutaların məzənnələri isə enəcək. Bu, bütün dünya üzrə kəskin qiymət artımından xəbər verir. Onsuz da hazırda artım davam edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənov "Manatı nə gözləyir?" sualına isə belə cavab verib: “Azərbaycanın milli vayutası üçün təhlükə görmürəm. Ona görə ki, paralel olaraq neftin də qiyməti qalxır. Bizim də valyuta ehtiyatlarımız neftdən gəlir. Valyuta ehtiyatlarımız son dövrdə kifayət qədər artıb. Buna görə də məzənnəni sabit saxlamaq Mərkəzi Bank üçün heç bir problem yaratmır. Amma ölkədə qiymət artımı prosesinin davam etməsi də qaçılmazdır”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2022, 12:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin