BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlkin Həsəninin bloger həyat yoldaşı: “Ləman mənim və ərimin nüfuzuna xələl gətirib”

Aparıcı İlkin Həsəninin bloger həyat yoldaşı Aysel Həsəninin həkim-dietoloq Ləman Süleymanovanı xüsusi ittiham qaydasında verdiyi şikayətin detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Aysel Həsəni Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həkim-dietoloqun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini istəyib.

 

Məhkəmə şikayətin icraata qəbul edilməsindən imtina edib. Daha sonra o, apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

 

Aysel Həsəni xüsusi ittiham qaydasında verdiyi şikayəti onunla əsaslandırıb ki, 29 may 2022-ci il tarixində Ləman Süleymanova tərəfindən nalayiq küçə söyüşləri ilə təhqir olunub.

 

“Belə ki, bloger qeyd edilən tarixində fotoqraf tanışı ilə birlikdə “Marriot Boulevar” hotelinin yanında fotosessiya etdirən zaman oradan çıxan bir xanım onu təhqir edərək çəkməməsini bildirib. Aysel Həsəni isə xanıma onu çəkmədiklərini, narahat olmamasını hətta fotoapartın obyektivinin başqa yönə baxdığını göstərib. Lakin xanım əsəbi halda Ayseli və onun yanında olan fotoqrafı qadına yaraşmayan şəkildə təhqir edərək, ətrafda olan çoxlu sayda insan kütləsinin yanında şərəf və ləyaqətini alçaldıb. Bundan əlavə olaraq Ləman Süleymanova kütləvi informasiya vasitələrində, internetdə, instaqram sosial şəbəkəsində “dietoloq_leman_suleymanova” adlı rəsmi hesabında mütəmadi videolar paylaşaraq Ayselin və eyni zamanda, onun həyat yoldaşı İlkin Həsəninin ünvanına böhtan və təhqir dolu ifadələr işlədərək, cəmiyyət qarşısında şərəf və ləyaqətini təhqir edib. Ləman Ayselin və İlkinin nüfuzuna xələl gətirib.

 

Əlavə olaraq qeyd edək ki, Ləman Süleymanova sosial şəbəkədə yaydığı məlumatları kütləvi informasiya vasitəsi olan xəbər portallarında yayınlatdırıb və bir neçə xəbər saytlarına böhtan dolu müsahibələr verərək, şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları dərc etdirib.

 

Aysel Həsəni barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Ləman Süleymanovanın qanuna zidd hərəkətləri ona və ailəsina nəinki xələl gətirib, eyni zamanda xanımın etdiyi hərəkətlərdən mənəvi sarsıntılar keçirdib.

 

Ləman Süleymanovanın törətdiyi cinayət nəticəsində ona mənəvi ziyan vurub”, - məhkəmə sənədlərində qeyd edilib.

 

Kamal Məmmədov

Tarix: 22 Sentyabr 2022, 12:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin