BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə köhnə şərab zavodunun yeri satışa çıxarılıb? – Deputatdan AÇIQLAMA

Füzulidən Şuşaya gedən Zəfər (Əhmədbəyli-Şuşa) yolunun kənarında yerləşən köhnə Füzuli şərab zavodunun yerinin satışa çıxarıldığı iddia edilir. Bu barədə sosial şəbəkələrdə paylaşılan elanda bildirilib ki, zavodun sahəsi 6 hektardır. Ərazisində istənilən obyekt, biznes mərkəzi tikmək mümkündür.

 

84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramov Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

 

Deputat bildirib ki, hazırda Füzulidə hər hansı torpağın satılması gündəmdə deyil: “İşğal müddətində Füzuli rayonunun praktik olaraq bütün əmlak və infrastrukturu dağıdılıb. Füzuli şəhəri işğaldan azad olunan zaman cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bayrağını asmaq üçün, hətta bir tikili belə tapmaq çətin oldu. Çünki praktik olaraq şəhər tamamilə məhv edilmişdi. Füzulidə hər hansı bir əmlak sağlam qalmayıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə torpaqların verilməsi, gələcəkdə formalaşan əmlakın idarə edilməsi ilə bağlı hələlik qaydalar hazırlanır. Ona görə də Füzuli rayonunda dövlət mülkiyyətində olan hər hansı əmlakın və ya daşınmaz əmlakın, o cümlədən torpağın satılması məsələsi gündəmdə deyil. Bu, yalnız Füzuliyə aid məsələ deyil. İşğaldan azad olunmuş digər ərazilərimiz üçün də hələlik daşınmaz əmlakın idarə edilməsi ilə bağlı qaydalar hazırlanır. Düşünürəm, növbəti mərhələdə bu qaydalar çərçivəsində daşınmaz əmlakın idarə edilməsi və ya təklif edilməsi müəyyənləşə bilər. İndiki halda Füzulidə, digər işğaldan azad olunmuş ərazilərimizdə əmlakın satılması, hərraca çıxarılması ilə bağlı hər hansı qaydalar qəbul edilməyib. Ümumiyyətlə, bu, məskunlaşmadan sonrakı prosesdir, məskunlaşmadan sonra mülkiyyət növlərinə uyğun əmlakın təqdim edilməsi mümkün ola bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2022, 12:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin