BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sövdələşmə ilə hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır"

"Əksər MTK-lar binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. "Bir bina bir provayderindir" prinsipi ilə işləyirlər. Heç nədən çəkinmirlər. Nə qədər inanılmaz olsa da, reallıq odur ki , adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

O.Gündüz qeyd edib ki, MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər: "Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır. Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da, başqa provayderi buraxmayacaq. Bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır. Xidmətin keyfiyyəti üçün stimul formalaşmır. MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar. Antiinhisar Dövlət Xidmətinin, RİNN-nin və digər aidiyyatı qurumların bundan xəbəri varmı ? Əlbəttə, var. Lakin bunun qarşısnı almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir. Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi , aidiyyatı qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir".

 

Kənan

Tarix: 22 Sentyabr 2022, 14:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin