BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “ABŞ-la İran gecələr bir yerdə yatırlar, gündüzlər bir-birilərindən zəhlələrinin getməsinə baxmayın”

“İranın parçalanmasına nə Rusiya imkan verər, nə ABŞ, nə də Avropa. Lakin İranda hakimiyyət, iqtidar dəyişə bilər. Demokratik sistem yaradıla bilər, amma hazırkı məqamda İran parçalana bilməz. Bilirsiniz niyə? Çünki nə Rusiya, nə ABŞ, nə də Avropa dövlətləri türk respublikalarını sevmirlər. Türkiyəyə də, bizə də, elə Orta Asiya respublikalarına da düşmən gözü ilə baxırlar. ABŞ razı olarmı ki, İran parçalansın, orada 35 milyonluq yeni türk respublikası, bütün yeraltı, yerüstü sərvətləri ilə həm də döyüşkən bir xalq yaransın? İstəməz. Necə ki, vaxtilə 1945-1946-cı illərdə bununla razılaşmadılar. Onda Azərbaycan da özünü orada müstəqil elan etmişdi, Azərbaycan dövləti müstəqil dövlət idi, Baş naziri, nazirləri, ordusu var idi. Rusiya da qoşun çəkdi, ABŞ da İranı silahlandırdı, gəlib azərbaycanlıları Təbrizdə diri-diri hörgülərə hördülər. Ona görə də indiki halda qoymazlar, razı olmazlar İran parçalana...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“ABŞ-la İran gecələr bir yerdə yatırlar, gündüzlər bir-birilərindən zəhlələrinin getməsinə baxmayın. Amma əvvəl-axır İran parçalanacaq, öz də üç-dörd yerə. Həm azərbaycanlılar parçalanacaqlar, həm oradakı kürdlər. Onlar bizdən daha çox fəaldırlar parçalanmaq üçün. İranda ərəblər yaşayırlar, Türkmənistan sərhədində əfşarlar da var. Darıxmayın, İran bir neçə yerə parçalanacaq. Onda ABŞ da, başqa dövlətlər də “barmaq” edə bilməyəcəklər”, - deputat bildirib.

 

A.Abbas qeyd edib ki, 22 yaşlı qızın hicaba görə öldürülməsi İranda əhalinin ayağa qalxması üçün bir bəhanə idi: “İndiyə qədər nə qədər adam edam ediblər. Niyə qalxmırdılar ayağa? Azərbaycanın gözəl-göyçək oğlanlarını camaatın gözü qarşısında asırdılar. İndi bir qızın ölümü bəhanədir. Səbəb deyil...”

 

Aytəkin Qardaşova

Tarix: 22 Sentyabr 2022, 15:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin