“Həqiqətən də, Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması üçün hər zaman təşəbbüslərlə çıxış edir. Bildiyimiz kimi, 5 maddədən ibarət təkliflər planını da Ermənistana Azərbaycan təqdim etdi. Azərbaycanın təqdim etdiyi şərtlər ədalətli olmaqla, regionda etibarlı sülhün təmininə kifayət qədər təsir edə bilər. Amma Ermənistan tərəfi hər zaman qeyri-konstruktiv mövqe sərgiləyir. Bu gün də bunu davam etdirməkdədir. Vaxtilə Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasının aparılması üçün komissiya yaratsa da, Ermənistan xeyli sonra bu addımı atdı. Sonrakı mərhələdə sülh danışıqlarının müzakirəsi üçün yenə də Azərbaycan ilk olaraq işçi qrupu, komissiyanı yaratdı. Ermənistanın Baş naziri Nikol Paşinyan yalnız avqustun 31-də Brüsseldə sayca dördüncü görüş zamanı belə bir komissiyanı yaradacağına söz verdi. Bütün bunlar göstərir ki, Ermənistan istənilən vasitələrlə bu prosesi uzatmağa çalışır...”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Laçın səfəri zamanı delimitasiya prosesi başlasa da, mahiyyət üzrə heç bir danışıqlar aparılmaması barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Deputat bildirib ki, digər tərəfdən, Ermənistan müstəqil siyasət yeritmir, kənar təsirlər mövcuddur:

“Ona görə də yenə regionda gərginliyin saxlanılması üçün əlindən gələni edir. Sonuncu təxribatlardan sonra Azərbaycan mövqelərini daha da gücləndirmiş oldu. Cənab Prezidentin Laçına səfəri zamanı dediyi kimi, sərhəd boyunca Murovdan tutmuş Araz çayına qədər sərhədlərimizi etibarlı mühafizə etməyə imkan verəcək nöqtələr nəzarətimiz altındadır, biz orada öz mövcudluğumuzu təmin etmişik, bu, hərbi mövqelərimizi gücləndirib. Ermənistanın bundan sonrakı təxribatlarının qarşısını daha tez zamanda və effektiv alacağıq. Azərbaycan prosesləri özü tam idarə etdiyini göstərdi. Biz sərhədlərin müəyyənləşdirilməsini istəyirik, bu istiqamətdə addımlar atırıq, çağırışlar edirik, amma qarşı tərəfdən bununla bağlı bir reaksiya görmədikdə, ölkə Prezidentinin də qeyd etidiyi kimi, əlimizdə olan xəritələrə əsasən, bu istiqamətdə sərhədlərin müəyyənləşdirilməsini həyata keçirməkdəyik. Nə Ermənistan, nə də onun Qərbdəki havadarları bu istiqamətdəki addımlarımızı hər hansı formada önləyə bilmirlər”.
E.Mirbəşiroğlu əlavə edib ki, biz məqsədlərimizə doğru getməkdəyik: “Hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanı çox əsassız şəkildə “təcavüz”də günahlandırmaqdan da çəkinmədi. Halbuki Azərbaycan dövlət sərhədlərinin müəyyən olunmasının tərəfdarıdır. Dəfələrlə qeyd etmişik ki, başqa ölkələrin ərazisində gözümüz yoxdur. Xəritələrə uyğun Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsini istəyirik. Ermənistan da sərhədlərin delimitasiya və demarkasiyasının aparılması ilə bağlı əldə olunmuş razılaşmalara baxmayaraq, bu istiqamətdə heç bir addım atmaq fikrində deyil. Belə olan halda, təbii ki, sərhədlərimizi də Ermənistanın işğalından qurtarmalıyıq. Hesab edirəm, Azərbaycan bu istiqamətdə ardıcıl, təsirli addım atdı. Sərhədlərimizin etibarlı müdafiə olunması üçün bütün sərhəd boyu strateji yüksəkliklərə sahibik. Ermənistanın bundan sonra Azərbaycana qarşı təxribatlar törətmək imkanları olmayacaq. Məsələnin birinci tərəfi bundan ibarətdir. İkincisi, Azərbaycan strateji yüksəkliklərdə möhkəmlənməklə sərhədlərimizin gələcək təhlükəsizliyini daha etibarlı təmin etmək üçün mövqelərini möhkəmləndirmiş oldu. Üçüncüsü, hərbi sahədə mövqelərimizin möhkəmlənməsi növbəti danışıqlar masası arxasında siyasi mövqelərimizi də gücləndirəcək. Yəni Azərbaycan haqlı istəklərinə doğru inamla irəliləməkdədir”.
Aytəkin Qardaşova
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin