BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboyda qadın müəllimi döydüyü deyilən məktəb direktoru danışdı: Məni küçə söyüşləri ilə təhqir etdi

Gornaboy rayonununda Kələk kənd orta məktəbində qadın müəllimi döydüyü iddia edilən məktəb direktoru Cahangir Əlabbasov hadisə barədə Trend-ə danışıb.

 

Məktəb direktoru bildirib ki, hadisə barədə polisə özü məlumat verib.

 

"Məktəbin ibtidai sinif müəlliməsi Musayeva Fatma Məhyəddin qızı müəllimlərin işə qəbulu (MİQ) imtahanından 16, müəllimlərin sertifikasiya imtahanından isə 26 bal yığıb. Yığdığı bala görə bölgüdə ona 5 saatdan artıq dərs düşmür. Mən isə ona sinif rəhbərliyi həvalə edib 14 saat dərs vermişəm. Fatma Musayeva isə məndən 15 saat dərs istəyib. Müəllimin istəyini yerinə yetirmək mümkün deyil, çünki dərs bölgüsü başa çatıb.

 

Bu gün səhər saat 10:00-da Fatma müəllimə mənim otağıma daxil olaraq məni təhqir etməyə başladı. Məni küçə söyüşləri ilə təhqir etdi. Mən məsələ ilə bağlı polisə müraciət etdim. Daha sonra onun otaqdan çıxmasını tələb edəndə qışqırmağa başladı. Müəllimə qışqıraraq guya bunu döydüyümü deməyə başladı. Qışdırdı ki, ay camaat, Cahangir məni döyür. Müəllimlər də gəldilər gördülər ki, mən heç oturduğum yerdən durmamışam. Mən məktəbin "həyəcan siqnalı"nı vurub polis çağırdım. Həmin vaxt Fatma müəllimənin həyat yoldaşı və qaynı otağıma hücum etdilər. Daha sonra gedib polisə müraciət etdilər ki, guya mən qadını döymüşəm. Polis də araşdırma apardı ki, qadında heç bir xəsarət izi yoxdur. Məsələ ilə bağlı polisdən və təhsil idarəsindən də nümayəndələr məktəbə gəlib araşdırmalara başladılar. Hazırda araşdırma gedir".

 

Xatırladaq ki, bu gün KİV-də Gornaboy rayonununda Kələk kənd orta məktəbinin direktorunun qadın müəllimi döyməsilə bağlı xəbərlər yayılıb.

Tarix: 22 Sentyabr 2022, 15:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin