BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyev Laçında bayraq qaldırır, bunlar susurlar, abırları da yoxdur ki, çıxıb yalan informasiyaya görə üzr istəsinlər”

“Siyasətin qəliz iş olduğunu vurğumaqdan yorulduq, amma görürsən ki, dünyadan başı çıxmayanlar yenə bu işi, peşəni səviyyəsizləşdirməyə çalışırlar – “Erdoğan Rusiyanln yanındadır”, “Erdoğan Putinin dostudur”, “Gördünüz, Erdoğan Qərbi günahlandırdı” deyə hay-küy salanlar bu gün susub. Qardaş Türkiyə və birbaşa Erdoğanın iştirakı ilə inanılmaz bir məsələ gerçəkləşdirdi, “Azov” döyüşçüləri, Ukrayna qəhramanları, Kremlin başlarına publik oyun açmaq istədiyi əsgərlərlə birgə 200-dən çox əsrin Putinin caynağından qurtara bildi. Bundan öncə isə heç kəsin bacarmadığı “taxıl anlaşmasına” imza atmışdı. Erdoğanın iqtisadi siyasətini, sosial addımlarını, siyasi “oyunbazlığını” tənqid etmək olar, lazımdı da, amma sırf Ukrayna məsələsinə görə adama qarayaxmaq doğru deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, bəziləri BMT-də heç nə həll etməyən səsvermələrdə Azərbaycan nümayəndə heyətinin səsvermədə iştirak etmədiyi lağ obyektinə çevirir: “Azərbaycan Ukraynaya etdiklərini, yardımları, açıq (daha çox açıq olmayan) dəstəyini görmürlər, elə bilirlər ki, siyasət elə həmişə PR-dır, görünən tərəfdir, anlamırlar ki, dövlət idarəetməsi daha qəliz və məsuliyyətli işdir. Və ya bənzər adamlar, əvvələr “Bəs Laçını niyə qaytara bilmirlər” deyə ucuz PR apardılar, Laçın şəhəri tam qayıtdı, susdular, sonra da, “Azərbaycan Laçını yenidən ruslara təhvil verdi” deyə hay-küy salıb yanlış informasiya yayırlar, sonra da Əliyev gedir Laçına, bayraq qaldırır, bunlar susurlar, abırları da yoxdur ki, çıxıb yalan informasiyaya görə üzr istəsinlər. Çünki siyasəti, “pülə getsin” kimi qavrayırlar, məsuliyyət anlayışları yoxdur. Bir daha: Siyasət qəliz, məsuliyyətli işdir, şərəfli peşədir, hakimiyyətin ən zəif yeri ciddi diskursdur, bunu bacarmırlar, arqumentləri və hekayələri yoxdur, deməli, hakimiyyətə üstün gəlmək üçün onu ciddi mövzulara çəkmək, əsl siyasi diskursun içinə salmaq lazımdır, bəziləri bunu etməkdənsə hər mövzunu lağ obyektinə çevirib hakimiyyətin xal qazanmasına xidmət etməklə məqsədləri nədir, bu suala gərək hər kəs ayrıca, özü üçün cavab tapsın, siyasi mənzərəni anlamaq üçün bu çox vacibdir...”.

 

Kənan

Tarix: 22 Sentyabr 2022, 16:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin