BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusla mübarizə üçün yaradılan işçi qrupunun tərkibi təsdiqləndi

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb.

                                                     

Pravda.az-ın xəbərinə  görə, sərəncama əsasən, Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

 

İşçi Qrupun üzvləri

 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Energetika nazirinin müavini

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

 

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

 

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti.

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

 

İşçi Qrupun rəhbərinin müavini

 

Maliyyə nazirinin müavini

 

İşçi Qrupun üzvləri

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

 

BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi.

 

Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

 

İşçi Qrupun üzvləri

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

 

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri.

 

Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

 

İşçi Qrupun üzvləri

 

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini

 

Azərbaycan Banklar Assosiasiyasınnı sədri.

 

Tərkibləri təsdiq edilən işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri cəlb edilə bilər.

Tarix: 21 Mart 2020, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin