BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin adına saxta hesab açıldı

“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir.

“Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”, - deyə açıqlamada vurğulanır.

Tarix: 21 Mart 2020, 20:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin