BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazir: "Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 7 dəfədən çox üstələyir"

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 2,7 ABŞ dolları artaraq 56 millyard dollara yaxınlaşıb və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

 

Nazirlər Kabinetindən verilən məlumata görə, bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

 

O, gələn il büdcə gəlirlərinin 30,7 milyard manat, büdcə xərclərinin isə 33,3 milyard manat nəzərdə tutulduğunu, büdcə kəsirinin ÜDM-ə nisbətinin 2,4% təşkil edəcəyini qeyd edib.

Tarix: 22 Sentyabr 2022, 19:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin