BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yaydı

Şabranda yol-nəqliyyat hadisəsində xəsarət alanlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

 

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

 

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

 

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

Tarix: 22 Sentyabr 2022, 21:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin