BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosial şəbəkələrin 100-dək istifadəçisinə qarşı dələduzluq edən qadın saxlanıldı

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

Vüsalə Qasımova isə etiraf videosunda qeyd edib ki, instaqram və "Tik-tok" sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb,

 

Araşdırmalar davam etdirilir.

Tarix: 25 Sentyabr 2022, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin