BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub - YENİLƏNDİ

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

 

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

 

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.

 

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.

 

Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.

 

APA

 

***

20:04

 

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.


Pravda.az-ın məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.


Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.


Qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.

Tarix: 25 Sentyabr 2022, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin