BURADA REKLAMINIZ OLA
BİLƏR

Ana həbsdəki oğluna narkotik ötürməyə cəhd etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Bu barədə Pravda.az-a Pentensiar xidmətdən xəbər verilib.

 

Qeyd olunub ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Şahvələd oğlu Cəfərova anası Saatlı rayon sakini Zərqələm Şükür qızı Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı idman şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 26 Sentyabr 2022, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin