BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda iki mikroavtobus toqquşdu - 15 yaralı var

Ağstafada mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-sinin isə durumu orta ağırdır.

 

Bu barədə Pravda.az-a TƏBİB-dən bildirilib.

 

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

 

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək” - məlumatda bildirilib.

Tarix: 26 Sentyabr 2022, 11:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin