BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Düşmənə dəmir yumruqla sarsılmaz zərbə endirildi, tarixin ən qəhrəman və ən fəxarətli səhifəsi yazıldı”

“27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının Azərbaycanın o zaman işğal altında olan torpaqlarında bizə qarşı törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı. Nəticədə, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin qətiyyəti, qəhrəman əsgərlərimizin fədakarlığı və şücaəti, Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu və düşmənə dəmir yumruqla sarsılmaz zərbə endirildi. Bununla da Azərbaycan tarixinin ən qəhrəman və ən fəxarətli səhifəsi yazıldı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

“Qəhrəmanlıq həm də acılar, itkilər, qazilər və şəhidlər deməkdir. Vətənimizin azadlığı uğrunda şəhidlər verdik, qazilərimiz oldu. Onların əziz xatirəsini əbədiləşdirmək və yüksək ümummilli ehtiramımızı ifadə etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında 2 dekabr 2020-ci ildə sərəncam verib. Orada qeyd olunur ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Sərəncamda deyilir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. Bundan əlavə, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Bundan başqa, Vətən müharibəsində böyük zəfər münasibəti ilə 17 yeni orden və medal təsis edilib, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunublar. Bu tədbirlər bütün şəhidlərimizin xatirəsini əbədiləşdirməyə, eləcə də qazilərimizə və Vətən uğrunda döyüşmüş qəhrəman əsgər və zabitlərimizə olan yüksək hörmət və ehtiramı ifadə etməyə xidmət edir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, əsgərlərimizin qəhrəmanlıqlarının tarixi yaddaşımıza həkk olunmasına xidmət edən tədbir və işlərdən əlavə, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının rifahının və sosial vəziyyətinin yüksəldilməsi, təhsil, səhiyyə və məişət problemlərinin həll edilməsi daim dövlət başçımızın diqqət mərkəzindədir. Bu sahə prioritet istiqamət kimi müəyyən edilmiş və bu sahədə kompleks yanaşma tətbiq olunur. Bu yanaşma təkcə Vətən müharibəsi deyil, eləcə də 1-ci Qarabağ müharibəsi iştirakçılarına və ümumiyyətlə, bütün şəhidlərimizə, qazı və müharibə iştirakçılarına şamil edilir. Müharibədə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər təmin edilir, yaralanmış müharibə iştirakçılarının tibbi reabilitasiyası üçün işlər görülür. 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Bugünədək müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib. “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanıb və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Bu gün ictimaiyyət nümayəndələrimiz və sıravi vətəndaşlarımız da qəhrəmanlarımızdan öz diqqət və qayğısını əsirgəmir, müntəzəm olaraq onlarla bağlı silsilə tədbirlər keçirilir. Anım Gününün təsis edilməsi qəhrəmanlarımıza qarşı bu həssaslığımızı daha da möhkəmləndirir, şəhidlərimizin əziz xatirəsini tarixi yaddaşımıza əbədi həkk edir” – A.Əliyev qeyd edib.

Tarix: 26 Sentyabr 2022, 14:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin