BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa görə parklara giriş qadağan olundu, avtomobildə yalnız bir nəfər otura bilər – Sərt qərarlar qüvvəyə mindi

Qətərin paytaxtı Dohada sərt qərarlar qüvvəyə minib.

 

Pravda.az-ın xəbərinə görə, Dohada yaşayan Aynur Hüseynova deyib ki, avtomobildə sürücüdən başqa kimsə əyləşə bilməz.

 

“Baxıram, Bakıda yaşayan dostlar restoranların saat 15:00-dək işləməsini dərd edirlər. Nə gözəl dərdiniz var? Dohada isə daha bir sərt qərar qüvvəyə mindi. Avtomobildə yalnız bir nəfər otura bilər. O da sürücü. Avtomobildə sürücüdən başqa kimsə oturursa, polis sorğu-sual edir. Bununla da Dohada aptek və marketden bashqa işlək heç nə qalmadı. Hətta parklara girişə belə qadağa qoyuldu” – A.Hüseynova qeyd edib.

Tarix: 22 Mart 2020, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin