BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Borca görə tanışına 8 bıçaq vuran şəxsin hökmü dəyişdirildi

Ali Məhkəmədə Qusarda həmyerlisini öldürməyəcə cəhddə təqsirləndirilən Sabir Hacıyevin (ad, soyadı şərti) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

 

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib. Qərar qalan hissədə dəyişdirilməyib.

 

İttihama görə, hadisə 28 oktyabr 2020-ci il tarixdə Qusar rayonunun Nəcəfkənd-oba kəndində qeydə alınıb.

 

Belə ki, Sabir Hacıyev sərxoş vəziyyətdə həmyerlisi və tanışı Vaqif Həsənova (ad, soyadı şərti) 8 bıçaq zərbəsi vurub.

 

Hadisəyə səbəb zərərçəkmiş şəxs ona olan 100 manat borcunu qaytarması olub. Olaydan əvvəl Sabir Vaqifin mobil telefonuna zəng edib. Lakin zərərçəkmiş şəxs onun zənglərinə cavab verməyib. Bu zaman o, Vaqifin telefon nömrəsinə nalayiq sözlər yazılmış mesaj göndərib. Zərərçəkmiş şəxs də ona zəng edərək nalayiq söyüşlər söyüb. Hər iki şəxsin arasında mübahisə yaranıb. Onlar aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qılah-oba kəndində yerləşən qəbiristanlığın kənarında görüşmək barədə razılaşıblar. Sabir görüşə özü ilə bıçaq götürüb. Nəticədə o, Vaqifə 8 bıçaq xəsarəti yetirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Sabir Hacıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürəməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 27 Sentyabr 2022, 07:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin