BURADA REKLAMINIZ OLA
BİLƏR

Sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.


Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Pravda.az-a verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:


Hal-hazırda yollardakı vəziyyət:


1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. 20 Yanvar dairəsində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
10. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.

Tarix: 27 Sentyabr 2022, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin