“Məsələnin iki aspekti var. Birincisi, jurnalistlərin binasındakı mənzil sahiblərinin mənzillərini kirayə vermələridir. Burada elə bir böyük qəbahət yoxdur. Ola bilər, xoşuna gəlmir, gedib başqa yerdə mənzil alır, buranı da kirayə verir. Jurnalistin öz əmlakıdır, əmlakdan istədiyi kimi istifadə etmək hüququ var. Bu məsələni qaldırmaq nə dərəcədə etikdir, deyə bilmərəm. İkinci məsələ prinsipial məsələdir. Yəni jurnalist etikası və mənzil verməklə jurnalistlərin fəaliyyətinə təsir etmək məsələsi artıq ciddi mənəvi etik problemdir. Bu barədə çox danışılıb. “Ümumiyyətlə, jurnalistlərə niyə ev verilməlidir?”, “Niyə həkimə, ibtidai sinif müəlliminə ev vermirik, amma jurnalistə veirrik?” və s. Təbii ki, jurnalistin də yaşamaq, mənzil əldə etmək hüququ var. Bunları heç kim dana bilməz. Yaxşı həkim, müəllim kimi ləyaqətli jurnalistlər də bu cəmiyyət üçün xeyli iş görürlər. Hansı niyyətlə verilib, məsələ bundadır…”
Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli deyib.
Professor hesab edir ki, jurnalistlərə mənzil almaqda şərait yaratmaq lazımdır: “Amma bu formada yox. “Media haqqında” yeni qanuna əsasən, jurnalistlər üçün imtiyazlar müəyyənləşdirilib. Bunlardan da biri jurnalistlərə ipoteka verilməsi məsələsidir. Hesab edirəm, bu, layiqli yoldur. Jurnalistləri alçaltmadan, onları gözükölgəli etmədən, mənəviyyatına, əxlaqına, mənliyinə toxunmadan öz evlərini alır, ipoteka yolu ilə ödəyirlər. Bu, başqa məsələdir. Bilirsiniz, mənəvi dəyərlər, kriteriyalar itəndə insanlar deyilənləri də fərqli qavrayır, çünki o qədər merkantil situasiya yaranıb ki… Deyəndə ki, jurnalsitlərə bu şəkildə mənzil verilməsin, insanlar bəzən bunu doğru anlamırlar. Dünyanın heç yerində belə praktika yoxdur. Əlbəttə, xüsusi yaradıcı istedadı olan adamlara hökumət, dövlət ev verməlidir. Yaxşı bəstəkar, yazıçı, şair, rəssam və s. xüsusi istedadı olan insalra dövlət yardım etməlidir ki, onlar ev-məişət qayğıları ilə yüklənməsinlər, bu millətin mənəviyyatına xidmət edən, onun yaddaşına, estetik dünya görüşünə xidmət edən əsərlər yaratsınlar. Yoxsa hansısa bir “reket” jurnalistə, “trol”a, lap deyək “ortabab” jurnalistə haqqı oldu-olmadı ev verirsən, sonra da ondan çox əcaib formada istifadə edirsən. Bu, əlbəttə, acınacaqlı bir mənzərədir. Jurnalistə ev ver, sonra onu mənəvi cəhətdən alçalt, gözükölgəli et… Göz qabağında görün nə qədər nümunələr var. “Trol”ların içində bəlkə də, babat yaradıcı adam ola bilərdi, amma onlar görün hansı mənəviyyatsızlığın daşıyıcılarıdırlar. Bu məsələlər aradan qalxsa, insanlar layiqli yolla ev alsalar, jurnalistlərin əməkhaqqları yüksək olsa, onlar da bu cəmiyyətdə qayğısız yaşaya bilərlər”.
Aytəkin Qardaşova
24 Oktyabr 14:44
24 Oktyabr 14:33
24 Oktyabr 14:26
24 Oktyabr 14:25
24 Oktyabr 14:21
24 Oktyabr 14:12
24 Oktyabr 14:00
24 Oktyabr 13:53
24 Oktyabr 13:42
24 Oktyabr 13:25
24 Oktyabr 13:23
24 Oktyabr 13:14
24 Oktyabr 13:04
24 Oktyabr 12:58
24 Oktyabr 12:45
24 Oktyabr 12:29
24 Oktyabr 12:11
24 Oktyabr 12:02
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
Ən son xəbərləri səhifəmizdən də izləyin