BURADA REKLAMINIZ OLA
BİLƏR

Maaş və transfer ödənişlərinin 1 ay gecikməsinə icazə verildi

Koronavius pandemiyasının yayılması səbəbindən Avropa ölkələrində milli çempionatların dayandırılması ilə zərər görən klublara UEFA yardım əlini uzadıb.

 

Pravda.az-ın xəbərinə görə, qitə futbol qurumu bəzi maliyyə məsələlərində klublara verilən vaxtı uzatmaq qərarına gəlib.

 

UEFA onlara maddi problemdən qurtulmaq üçün güzəşt edib. Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.

 

Qeyd edək ki, klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları aprelin 30-dək UEFA-ya təqdim etməlidirlər.Apasport

Tarix: 22 Mart 2020, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin