BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstana getmək istəyənlərin nəzərinə - Sərbəst hərəkət təmin olunacaq

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti iclasında qəbul olunub.

 

İki ölkə arasında bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının sərbəst hərəkəti təmin olunacaq.

 

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Bu günə qədər iki ölkə arasında insanların hərəkəti “Qırmızı körpü” və “Laqodexi” sərhəd məntəqələri vasitəsilə təmin olunub.

 

Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkə yanlız öz vətəndaşlarını qəbul edir.

Tarix: 22 Mart 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin