BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: "Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq"

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.

 

Pravda.az-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

 

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.

 

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, - deyə o əlavə edib.

 

Oxu.Az

Tarix: 29 Sentyabr 2022, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin