BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə iki nəfər minaya düşdü, onların ayaqları amputasiya edildi

Tərtərdə iki nəfər minaya düşüb.

Hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

APA

Tarix: 1 Oktyabr 2022, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin